AZ

23 illik mübahisəyə son qoyuldu: Sərhədlə bağlı saziş imzalandı

Qırğızıstan və Tacikistan prezidentləri Sadır Japarov və Emoməli Rəhmon dövlət sərhədi ilə bağlı razılığa gəliblər.

Publika.az xəbər verir ki, mübahisəli sərhəd bölgələri ilə bağlı sazişin imzalanması Rahmonun Bişkekə rəsmi səfəri zamanı, təxminən 23 illik danışıqlardan sonra baş tutub. Bundan əlavə, danışıqlar zamanı tərəflər iki ölkə arasında 2021-ci ildə kəsilən hava nəqliyyatının bərpası barədə də razılığa gəliblər.

Videobağlantı vasitəsilə Qırğızıstan və Tacikistan sərhədində sərhəd keçidlərinin açılış mərasimi baş tutub.

Qeyd edək ki, dövlət sərhədi 2021-ci ildə sərhədyanı rayonların sakinləri arasında baş verən toqquşmalardan sonra bağlanıb. Sonuncu böyük insident isə 2022-ci ilin payızında baş verib.

Xatırladaq ki, Tacikistan-Qırğızıstan sərhədinin delimitasiyası ilə bağlı danışıqlar 2002-ci ilin dekabrından davam edir. Bu sərhədin uzunluğu təqribən 980 km-dir.

Seçilən
6
publika.az

1Mənbələr