"Səbail"in futbolçusu Süleyman Alluş 4 oyunluq cəzalandırılıb.
AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVI turunun 3 oyunu ilə bağlı cəzaları açıqlayıb.
Operativ Media xəbər verir ki, “Zirə” ilə görüşün 74-cü dəqiqəsində təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alan “Səbail”in futbolçusu Suleyman Alluş daha sonra hakimləri təhqir edib. O, buna görə 4 oyunluq cəzalanıb, klubu 3000 manat cərimələnib.
“Sumqayıt”la matçda 4 futbolçusu sarı vərəqə alan “Kəpəz” 700 manat xərc çəkməli olacaq.
“Neftçi” ilə qarşılaşmanın 18-ci dəqiqəsində rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alan “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə edilib.