LDPR partiyasının mərhum lideri Vladimir Jirinovskinin “X” sosial şəbəkəsindəki hesabında iki ildən sonra ilk dəfə olaraq yeni yazı dərc edilib.
Publika.az xəbər verir ki, paylaşımda yaxın vaxtlarda böyük bir hadisənin olacağı bildirilib:
“Tezliklə hadisələrin gedişatını dəyişdirəcək bir şey olacaq! Çoxları şokda olacaq. Gözləyin".
Paylaşıma Jirinovskinin silueti olan şəkil də əlavə edilib.