AZ

Bakıda imsak menyusu təqdim edən restoranlar azdır – Qiymətlər

Bakıda iftar süfrəsi təqdim edən restoranların sayı kifayət qədər çoxdur. Restoranlar müxtəlif büdcələrə uyğun iftar menyuları təklif edir – qiymətlər adətən 10-15 manat aralığında başlayır və 25-30 manata qədər dəyişir. Daha lüks restoranlarda isə iftar süfrələrinin qiyməti 60, hətta 90 manata qədər yüksəlir. Bu menyular əsasən şorba, isti yemək, salatlar, çay və desertləri əhatə edir.

Bir çox müsəlman ölkələrində imsak vaxtı fəaliyyət göstərən restoranlar geniş yayılmış olsa da, Azərbaycanda bu mədəniyyət hələ tam formalaşmayıb.

Modern.az-ın paytaxtda yerləşən bir neçə tanınmış restoranla əlaqə saxlaması nəticəsində məlum olub ki, Bakıda imsak saatlarında açıq olan restoranların sayı olduqca azdır.

Əksər restoranlar gecə yarısından sonra fəaliyyətini dayandırır və imsak menyusu təqdim etmir. Bununla belə, bəzi restoranlar xüsusi imsak menyusu ilə müştərilərinə xidmət göstərir.

Həmin menyuların qiymətləri 18-22 manat arasında dəyişir. Menyular əsasən yüngül səhər yeməyindən ibarət olur – xurma, pendir, yumurta, çörək və çay kimi qidalar təqdim edilir.

Seçilən
16
modern.az

1Mənbələr