“YelloAd” Reklam Agentliyi “Azərsun Holdinq” üçün “Milli Mətbuat – 150 il” təqvim layihəsi hazırlayıb.
Bu barədə Operativ Media - ya Agentlikdən məlumat verilib.
Mətbuat cəmiyyətin inkişafında, milli şüurun formalaşmasında və ideyaların yayılmasında mühüm rol oynayır. Azərbaycanın zəngin mətbuat tarixi də bu mənada diqqətə layiqdir. Bu baxımdan, “YelloAd” Reklam Agentliyinin “Azərsun Holdinq” üçün hazırladığı “Milli Mətbuat – 150 il” adlanan təqvim layihəsi xüsusi önəm daşıyır. Layihə XIX əsrin ikinci yarısı – XX əsrin əvvələrində fəaliyyət göstərmiş mətbuat nümunələrini əhatə edir.
Azərbaycanda maarifçiliyə töhfə vermiş bu mətbu orqanların illüstrasiyası və mətnləri ilə zənginləşdirilən təqvim layihəsi mətbuatımızın bünövrəsini qoyan ziyalıların əzmkarlığını, onların azadlıq və maarifçilik uğrunda mübarizəsini göstərir. Layihə ajanda, masaüstü təqvim, divar təqvimi və vebsaytdan ibarətdir.
İllustrasiyaların eskizi hazırlandıqdan sonra digital formaya köçürülüb. Hər bir illustrasiyada bir mətbuat orqanın qurucularından birinə və onun toxunduğu mövzularla bağlı əlavə elementlərin görüntüsünə yer verilib.
Hər ayın mövzusuna uyğun olaraq düşündürücü və aydınladıcı mətnlər hazırlanıb. Bu yazılarda mətbuat nümunələrinin ən vacib detallarına toxunulub, onların ruhu və mahiyyəti oxucunun diqqətinə çatdırılıb. Sayt üçün məntlər isə daha geniş və detallı yazılıb. Bütün məlumatlar həm də ingilis dilinə tərcümə edilib.
Layihə ümumilikdə 4 ay müddətində tamamlanıb.
Onu da qeyd edək ki, layihə yazıçı-jurnalist, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid tərəfindən çox yüksək qiymətləndirilmiş və onun rəyi də layihəyə əlavə olunmuşdur.
Sayta keçid: https://millimetbuat150.azersun.com/#/az
Layihənin təqdimat filmi: