Yunanıstan Silahlı Qüvvələri orduya qadın könüllülər cəlb etməyə başlayacaq.
Publika.az xəbər verir ki, bu barədə Yunanıstanın müdafiə naziri Nikos Dendias Baş Qərargahda 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, bu addım “Gündəm 2030” proqramı çərçivəsində həyata keçiriləcək. Sözügedən proqramın bir hissəsi 1977-ci il qanununda nəzərdə tutulan, lakin heç vaxt həyata keçirilməyən qadınların könüllü hərbi xidmətə çağırılmasını ehtiva edir.
“Qadınlar hər gün döyüşür, həyatlarının hər sahəsində, sosial və peşəkar olaraq bərabər rəftar istəyirlər. Onlar bizim ölkənin silahlı qüvvələrindən də eyni şeyi tələb edirlər”, - deyə Dendias vurğulayıb.