Onların xoşbəxtliyi cəmi 7 ay çəkib
Hollivud ulduzu Ancelina Colinin böyük qardaşı Ceyms Xeyven 23 il sevgili olduğu Romi Mari İmbelli ilə evlənmişdi.
Sherg.az xəbər verir ki, Ceymsin arvadı indi, çox erkən 7 aylıq həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.
“People” jurnalının yazdığına görə, həyat yoldaşının “fırıldaqçılıq” etdiyini iddia edən İmbelli 23 ildir birlikdə olduğu Heyvendən ayrılmaq istəyir.
"Bu, çox şəxsi və çətin bir qərar idi, lakin mən bunu öz xoşbəxtliyim üçün zəruri hesab edirəm. Dəstəklərinə görə yanımda olanlara təşəkkür edirəm" deyib İmbelli.


Nikahın ləğvi qərarı cütlük evləndikdən 7 ay sonra verilsə də, İmbellinin toydan 15 gün sonra məhkəməyə müraciət etdiyi məlum olub.
Məşhur cütlük 2024-cü il avqustun 12-də Kaliforniya ştatının Laquna-Biç şəhərində evlənib. 1 yanvar 2025-ci il tarixində paylaşım edən Imbelli, "2024-cü ildə 23 illik ən yaxın dostumla evləndim. Hekayəmizin təfərrüatları çox şəxsi və mürəkkəbdir, amma hamısını kitabımda yazıram" deyə qeyd etmişdi.