XII Qlobal Bakı Forumu çərçivəsində “Geosiyasi Dəyişmələr: Məsuliyyətli Tərəfdaşlıq Rəqabətə qarşı” mövzusunda panel müzakirəsi keçirilib.
Operativ Media xəbər verir ki, Avropa İttifaqı (Aİ) Şurasının sabiq Prezidenti Şarl Mişel deyib ki, Ukraynadakı böhranla bağlı Aİ əlindən gələni edib.
Onun sözlərinə görə, Aİ Afrika, Asiya ölkələri ilə, orada olan təşkilatlarla əməkdaşlıq edə, əlaqələr qura bilər.
“Təhlükəsizlik məsələsi, müharibələr, böhranlar problemi var. Amma biz çalışırıq bu problemləri aradan qaldıraq”, - Şarl Mişel vurğulayıb.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın hər zaman çoxtərəfli diplomatiyanın tərəfdarı olduğunu diqqətə çatdırıb.