«Azərbaycanda hakimliyin səviyyəsi buna görə aşağıdır».
Bu sözlər futbol eksperti Emin Abbasova məxsusdur.
O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində ölkə çempionatına təyinat alan «fit sahibləri»ndən narazılıq ifadə edib.
Tanınmış teleşərhçi bildirib ki, hakimlik sahəsində ciddi problemlər mövcuddur, bu səbəbdən məşqçi və futbolçuların şikayətləri başadüşülənndir.
Abbasov deyib ki, «ədalət təmsilçiləri» əzbərçidir, şablon qaydalardan kənara çıxmırlar.
Onların oyunu «oxumaq» bacarğının olmadığını söyləyən ekspertin fikrincə, mövcud hal Premyer Liqada özünü daha qabarıq formada göstərir.
Verlişin iştirakçısı hakimlərin zaman-zaman qərəzli davrandığını, komandalar arasında ayrı-seçkilik hallarına yol verməsini də xatırladıb.
SPORTİNFO.AZ