Fransa mətbuatı Türkiyə haqqında yüksək fikirlər səsləndirib. Türkiyənin xarici ölkələrdən hərbi asılılığını əhəmiyyətli dərəcədə azaltmalı olduğu vurğulanıb.
Fransanın BFMTV kanalı “Avropalıların müdafiəsi Ankaradan keçirmi?” başlıqlı xəbər yayıb.
Sherg.az xəbər verir ki, məlumatda Avropa Birliyi (AB) ilə Türkiyə arasında xüsusilə Birliyə üzvlüklə bağlı fikir ayrılıqlarının olduğu, “Avropa müdafiəsinin Türkiyəsiz mövcud ola bilməz” mövzusunun müzakirəyə çıxarıldığı bildirilib.
Xəbərdə Türkiyənin son illərdə hərbi potensialının gücləndirilməsi istiqamətində əldə etdiyi irəliləyişlərə toxunulub, Türkiyənin müdafiə sənayesinin yerli məhsullarının Polşa və Rumıniya kimi Avropa ölkələri də daxil olmaqla 180-dən çox ölkəyə ixrac edildiyi bildirilib.
Türkiyədən bir çox ölkəyə ixrac edilən hərbi texnikalar arasında “dünyaca məşhur” Bayraktar TB2 pilotsuz uçan təyyarələrin də olduğu vurğulanıb.
"Financial Times"ın NATO-nun baş katibi Mark Ruttenin Avropa ölkələrini müdafiə siyasətlərində Türkiyə ilə daha sıx əlaqələr qurmağa çağırdığı iddiası da xəbərlərdə gündəmə gəlib.
Hesabatda qitə təhlükəsizliyi baxımından əhəmiyyətli bir aktor olan Türkiyənin ABŞ-dan sonra ittifaqda ikinci ən böyük orduya sahib olduğu xatırladılıb.
Xəbərdə həmçinin xarici işlər naziri Hakan Fidanın "Avropa təhlükəsizlik arxitekturasının yenidən qurulması nəzərdə tutulursa, bunun Türkiyəsiz reallaşması mümkün deyil" sözlərini də sitat gətirilib.