AZ

Müdafiəçidir, yoxsa hücumçu? - Serxio Ramos yenə qol vurdu

İspaniyalı müdafiəçi Serxio Ramos Meksikanın "Monterrey" klubunun heyətində ardıcıl üçüncü matçında qol vurub.

Publika.az xəbər verir ki, ötən gecə 38 yaşlı futbolçu KONKAKAF Çempionlar Kubokunun "Vankuver"lə 1/8 final matçında penalti zərbəsini dəqiq yerinə yetirib.

Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb. İlk görüşdə 1:1 hesabı qeydə alınıb. "Monterrey" səfər qolları qaydasına görə turnirdən kənarlaşdırılıb.

Qeyd edək ki, Ramos daha əvvəl Meksika çempionatı çərçivəsində "Santos Laquna" (4:2) və "Krus Azul"la (1:1) görüşlərdə qol vurub.

Heybət

Seçilən
3
1
publika.az

2Mənbələr