AZ

Falçı, ekstrasens, sehrbaz: Görün rusların neçə faizi onlara inanır

Rusiya Dövlət Dumasına ezoterik xidmətləri qadağan edən qanun layihəsi təqdim edilir.

Publika.az xəbər verir ki, bu qanun astroloqlara, ekstrasenslərə, sehrbazlara və falçılara şamil edilə bilər. Eyni zamanda, rusların demək olar ki, yarısı fövqəlgüclərə malik insanların mövcudluğuna inanır, hətta bəziləri kömək üçün onlara müraciət edir. Bu barədə "Kp.ru" məlumat yayıb.

Nəşrin keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 43%-i əmindir ki, keçmişdən xəbər verən və ya gələcəyi proqnozlaşdıran insanlar var. Bu rəqəmin 23%-i belə insanlarla şəxsən rastlaşmadıqlarını iddia edir. Sorğuda iştirak edən rusların qalan 20%-i qeyd edib ki, onlar nəinki sehrbazların, falçıların və ekstrasenslərin varlığına inanırlar, həm də onlarla şəxsən görüşürlər və belə insanların "inanılmaz qabiliyyətlər"indən yararlanırlar.

Hətta respondentlərin 10%-i özlərinin fövqəltəbii qabiliyyətlərə malik olduqlarını bildiriblər.

Sorğunun nəticələrinə görə, rusların 44%-i heç bir falçıya və ekstrasenslərə inanmadıqlarını qeyd ediblər və onlar hesab edirlər ki, fövqəltəbii hər şey sadəlövh insanların fərziyyələrindən və şarlatanların hiylələrindən başqa bir şey deyil.

Seçilən
4
1
publika.az

2Mənbələr