Bu gün saat 13 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.
“Qafqazinfo” xəbər verir ki, “Mercedes” markalı minik avtomobili ilə “DAF” markalı yük avtomobili toqquşub.
Nəticədə “Mercedes”in sürücüsü, 1980-ci il təvəllüdlü Tərlan Ağayev və sərnişini aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.