AZ

3250 dollarlıq üzüyünü 12 dollara satdı - Fotolar

Dünyaca məşhur müğənni və aktrisa Selena Qomez nişanlısının ona aldığı üzüyü satıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Məlumata görə, müğənni yeni albomunu tanıtmaq üçün özünə aid şəxsi və dəyərli əşyaları satır. Həmin əşyalar arasında 2023-cü ilin dekabrında prodüser nişanlısı Benni Blanko ilə münasibətini elan edərkən taxdığı 3250 dollarlıq (5525 manat) brilyant üzük də var.

Belə ki, Qomez “B” yazılı üzüyü 12 dollara (20 manat) satıb.

Qeyd edək ki, zərgərlik əşyasının dizaynı tamamilə fərdi və unikaldır, 44 karat brilyantdan ibarətdir.




Seçilən
3
3
qafqazinfo.az

4Mənbələr