Bakı, 13 mart, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri martın 17-də saat 10:00-da Beyləqan rayon Heydər Əliyev Mərkəzində Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarından olan vətəndaşlarla görüşəcək.
AZƏRTAC komitənin yaydığı məlumata istinadən xəbər verir ki, görüş zamanı Beyləqan, Ağcabədi, İmişli, Füzuli və Xocavənd rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Görüşdə iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (https://c2b.customs.gov.az/vsq_muraciet.aspx) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat almaq üçün 195-Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.