İngiltərənin "Liverpul" klubu PSJ-yə iki oyunun nəticəsinə görə məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Offsideplus.az xəbər verir ki, Mersisayd klubunun əsas oyunçularından biri olan Məhəmməd Salah yayda komandadan ayrıla bilər. Onun klubla olan müqaviləsi başa çatır.

"Liverpul" onun yerini Usman Dembele ilə doldurmaq istəyir. "Qırmızılar" bu keçid üçün 100 milyon avro ödəməyə hazırdır.

Dembele cari mövsümdə 36 oyunda meydanda olub və 29 qol vurub.