Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa, Əvəzedicilər Liqası və İkinci Liqa ilə bağlı qərarlar qəbul olunub.
Arena.az AFFA İntizam Komitəsinin bu turnirlərin son oyunlarındakı qayda pozuntularına verdiyi hüquqi qiymətlərin siyahısını təqdim edir:
Azərbaycan Premyer Liqası, 26-cı tur
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Araz-Naxçıvan”ın futbolçusu Felipe Santos təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Araz-Naxçıvan” komandası buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyev təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. Ağdam klubu buna görə 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyununun 83-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Musa Qurbanlı təcavüzkar davranışa cəhd etdiyinə görə 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.
“Araz-Naxçıvan” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Naxçıvan klubu 800 manat cərimə edilib.
“Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail”in futbolçusu Suleyman Alluş təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Səbail” klubu buna görə 3000 manat cərimə edilib.
“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə Gəncə komandası 700 manat cərimə edilib.
“Neftçi” – “Turan Tovuz” oyununun 18-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emmanuel Hakman rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Tovuz klubu buna görə 1000 manat cərimə edilib.
İkinci Liqa, 16-cı tur
“Dinamo” – “Füzuli” oyununun 38-ci dəqiqəsində “Dinamo”nun futbolçusu Əli Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Dinamo” buna görə 50 manat cərimə edilib.
“Dinamo” – “Füzuli” oyununun 80-ci dəqiqəsində “Füzuli”nin futbolçusu Yusif Cəfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. “Füzuli” buna görə 150 manat cərimə edilib.
“Göygöl” – “Lerik” oyununda “Göygöl”ün 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən komanda 70 manat cərimə edilib.
“Hypers Quba” – “Şəki Siti” oyununun 90+2-ci dəqiqəsində “Hypers Quba”nın futbolçusu Qeyrət Əliyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Hypers Quba” buna görə 50 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 26-cı tur
“Sumqayıt-2” – “Kəpəz-2” oyununun 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Nemət Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib.
“Sumqayıt-2” – “Kəpəz-2” oyununun matçöncəsi iclasında “Kəpəz”in nümayəndəsi iştirak etmədiyinə görə Gəncə komandası 80 manat cərimə edilib.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 87-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Kamal Kazımov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” buna görə 50 manat cərimə edilib.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Neftçi” buna görə 300 manat cərimə edilib.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+1-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Cavid Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyun cəzalanıb. “Turan Tovuz” buna görə 100 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər də Tovuz komandası tərəfindən qarşılanacaq.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Tovuz komandası buna görə 300 manat cərimə ödəməlidir.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+6-cı dəqiqəsində “Turan Tovuz”un futbolçusu Dinamin Bağırov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Tovuz komandası buna görə 50 manat cərimə edilib.
“Neftçi-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz”un 3 futbolçusu qırmızı vərəqə aldığı üçün Tovuz komandası 300 manat cərimə edilib.
AFFA hakimi təhqir edənlərə sərt cəzalar verdi
AFFA İntizam Komitəsi bu qurumun bayrağı altında keçirilən bəzi digər liqalarla da bağlı sərt qərarlar qəbul ediib. Həmin qərarlarla da sizi tanış edirik:
AFFA Region Liqasının “Ümid” (Saatlı) – “Marafon” İK oyununda “Ümid”in baş məşqçisi Anar Cəbrayılov qarşılaşmanın 60-cı dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb. “Ümid”in rəsmisi Şahmar Abdullayev də hakimləri təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandıqdan sonra hakimə fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb.
AFFA U-14 Liqasının “Birlik” PFK – “Baku Sportinq” FK oyununda “Birlik” komandasının baş məşqçisi Zahid Əliyev oyun boyu və oyun bitdikdən sonra AFFA-nın və hakimlərin ünvanına təhqiredici ifadələr işlətdiyinə görə 5 oyun cəzalanıb.
AFFA U-13 Liqasının “Araz Bakı” UFK – “Binə” FK oyununda “Araz Bakı”nın köməkçi məşqçisi Ramin Fərruxlu meydana daxil olaraq hakimə fiziki təzyiq göstərdiyinə və qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığına görə 7 oyun cəzalanıb.
AFFA U-13 Liqasının “Həkəri Qubadlı” – “Sunami” FK oyunu “Həkəri Qubadlı”nın heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Həkəri Qubadlı”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.