Bakı. Trend:
Növbəti mərhələdə Bakı Yerevandan ərazi bütövlüyünə dairiddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırmasınıgözləyir.
Trend xəbər verir ki, bunu AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov XII Qlobal BakıForumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
"Növbəti addım olaraq Azərbaycan tərəfinin gözləntisi ondanibarətdir ki, Ermənistan konstitusiyasında və digər normativ hüquqiaktlarda Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dair qalaniddiaların konstitusiya dəyişikliyi yolu ilə aradan qaldırılmasıbaş tutsun", - o bildirib.
Onun sözlərinə görə, keçmiş münaqişənin qalıqları olan MinskQrupu və onun digər techizatlarının da ləğv olunması vacibamildir.