1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya Ukrayna ilə münaqişənin müvəqqəti atəşkəs deyil, uzunmüddətli həllində maraqlıdır.
Oxu.Az-ın "İnterfaks"a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov "Rossiya-1" telekanalının efirində bildirib.
"Hesab edirik ki, bizim məqsədimiz uzunmüddətli sülh nizamlanmasıdır, biz buna can atırıq - ölkəmizin qanuni maraqlarını, bizim məlum narahatlıqlarımızı nəzərə alan sülh nizamlanması. Sülh fəaliyyətlərini təqlid edən hər hansı addımlar, mənə elə gəlir ki, bu vəziyyətdə heç kimə lazım deyil", - deyə Uşakov bildirib.
Onun sözlərinə görə, müvəqqəti atəşkəs təklifi Ukrayna hərbçiləri üçün müvəqqəti nəfəs almaqdan başqa bir şey deyil.
Uşakov qeyd edib ki, ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsla söhbət zamanı Rusiyanın mövqeyini təqdim edib.
"Mən, təbii ki, müvəqqəti atəşkəs barədə əldə edilmiş razılaşmaları şərh etdim, bunun Ukrayna hərbçiləri üçün müvəqqəti nəfəs almaqdan başqa bir şey olmadığı barədə mövqeyimizi izah etdim, başqa heç nə", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.
Uşakov əlavə edib ki, Vladimir Putin martın 13-də Ukraynada müvəqqəti atəşkəs rejiminin tətbiqi təklifi barədə daha konkret və məzmunlu qiymətləndirmələr verə bilər.