Samuxda bədbəxt hadisə baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Sarıqamış kəndində qeydə alınıb.
Kənd sakini 39 yaşlı R.Quluyevi cərəyan vurub. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Məlumata görə, R.Quliyev usta olub.
Faktla bağlı araşdırma aparılır.