Ukraynanın Xalq artisti Ani Lorak və sevgilisi İsaak Vijraku gizli şəkildə evləniblər.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə özü məlumat yayıb. O, "OK" jurnalının son sayının üz qabığını dərc edərək bu xəbəri bölüşüb.
"Həyatımızdakı bu gözəl hadisəni sizinlə bölüşməyə tələsirik!" deyə, müğənni paylaşımında yazıb.
Ani və İsaak nəşrə müsahibə veriblər. Onlar bildirib ki, toy bir il əvvəl Maldivdə olub. Nikah isə Mayorka adasında baş tutub. Toyda cütlük yalnız ikisi olub.
"Artıq 200 nəfərlik toy təcrübəm var idi, onların yarıdan çoxu orada olduqlarını belə xatırlamırdı. Daha sonra bir çox insanlar "müğənni Ani Lorak"ın toyundadır, cümləsinə üstünlük verirlər. Bu dəfə sadəcə özümüz üçün toy etik" deyə, Lorak bildirib.
Onlar bu hadisəni uzun müddət gizli saxlayıblar. Həmin gün onlara dəstək olmaq üçün müğənninin qardaşı və İsaakın qızı adaya gəlib.