Dilənçi yığdığı pulu belə gizlətdi - FOTO
Türkiyədə polis əməkdaşları Ramazan ayı ilə əlaqədar şəhərdə artan dilənçilərə qarşı əməliyyat keçirib. Manset.az Türk mediasına istinadən xəbər verir ki, baxış zamanı müəyyən edilib ki, dilənçi yığdığı pulu Ramazan pidesinin içində gizlədib. Yozgat bələdiyyəsi polis Şöbəsinə gətirilən dilənçi qanuna uyğun olaraq cərimələnib. Pidenin içərisindən tapılan 617 lirə də protokolla müsadirə edilib. 