AZ

Ançelotti: “Atletiko” fədakarcasına müdafiə olunurdu”

“Real”ın baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının 1/8 finalının Madrid “Atletiko”su ilə cavab oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qaymaqlılar” evdəki ilk oyunda qazandıqları 1:0 hesablı üstünlüyü həmin hesabla əldən versələr də, penaltilər silsiləsinə daşınmış oyunu 4:2 hesabı ilə qazanıblar.

Karlo Ançelotti matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu, ağır oyun idi, çünki bizə elə, birinci dəqiqədə qol vurdular. Oyunun hərəkiliyi azacıq dəyişdi, onlar yaxşı müdafiə olunurdular, əks-hücumlar yaradırdılar. Biz çox sayda aşkar məqamlar yaratmırdıq, boşa verdiyimiz penalti…

“Atletiko”ya qarşı aşkar məqamlar tapmaq çətindir, çünki onlar ən yüksək səviyyədə müdafiə olunurlar, özü də müstəsna fədakarlıqla.

Məni, nəzarətsiz oyun fikri narahat edirdi. Əks-hücumlar üçün imkan yaratmaq məqsədilə tarazlığı itirməmək vacib idi. İkinci hissədə bizim, meydanın rəqibə aid hissəsində yaxşı nəzarətimiz vardı, elə, alındığı kimi olmaya – penaltilərə çatmaya bilərdi”, – “Marca” nəşri italyan mütəxəssisdən sitat gətirir.

Yarışın 1/4 final mərhələsinə adlamış “Real” burada “Arsenal”la qarşılaşacaq. “Atletiko” isə ümidlərini növbəti mövsümə bağlamalı olub.

Seçilən
1
arena.az

1Mənbələr