AZ

“Zelenskinin hakimiyyətinin son mərhələsindəyik”: Ukrayna yeni prezident seçməyə hazırlaşır?

Ukraynalılar Trampla fikir ayrılığından sonra Zelenskinin ətrafında toplaşıblar, lakin yeni prezident seçməyə hazırlaşırlar.

KONKRET.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Financial Times” qəzeti məlumat dərc edib.

Məlumata görə, mübahisədən sonra Zelenskinin enən reytinqləri yüksəlib.

Qəzet ukraynalı hərbi tibb işçisinin fikrinə istinad edib:

“Mən ona səs verməmişəm. Amma müharibə davam etdikcə onu dəstəkləyəcəm. Biz ona gülə bilərik. Amma kənar adamlar üçün buna icazə verilmir”.

Ukrayna rəsmiləri Oval kabinetdəki mübahisəni Moskvadan qaynaqlanan sabitliyi pozma kampaniyası adlandırırlar.

Qəzet qeyd edir ki, siyasi opponentlər Trampla mübahisədən sonra açıq şəkildə Zelenskini dəstəkləyiblər, amma əslində onlar prezident seçkilərinə hazırlaşırlar. Bəzi ukraynalı siyasətçilər Tramp administrasiyası ilə əməkdaşlığa başlayıblar.

Kiyevdəki siyasi dairələr Zelenskinin nə qədər prezident postunda qala biləcəyini müzakirə edirlər.

“Biz Zelenskinin prezidentliyinin son mərhələsindəyik. Bu, həm də müharibənin qaynar mərhələsidir”, – FT-yə adı açıqlanmayan yüksək vəzifəli ukraynalı məmur vurğulayıb.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
8
konkret.az

1Mənbələr