AZ

Bu şəxslərin sürücülük vəsiqələri LƏĞV EDİLƏCƏK

Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya yol qəzalarının qarşısının alınması üçün hazırlanan tədbirlər planında çəkindirici cəzaların olduğunu bildirib.

News24.az-ın xəbərinə görə, o, qeyd edib ki, ildə 6 dəfə qırmızı işığı pozan sürücülərin vəsiqəsi ləğv ediləcək.

Daxili işlər naziri bu barədə İstanbul Sərgi Mərkəzində keçirilən "MOTOBIKE" İstanbul 2025 Sərgisinin açılış mərasimində açıqlamalar verib.

Türkiyə ölkə daxilində 675 min personalı ilə sülhü təmin etməyə çalışdıqlarını ifadə edən Yerlikaya, nəqliyyatda əmin-amanlığı təmin etmək üçün çalışdıqlarını ifadə edib.


Aqil Qarayev


Seçilən
5
news24.az

1Mənbələr