AZ

Cənubi Koreyada hərbi pilotlara cinayət işi açılıb - Səhvən başqa yeri bombalayıblar, 31 yaralı var

Cənubi Koreyada hərbi təlim zonasından kınardakı hədəfi bombalayan iki pilota cinayət işçi açılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onlar səhlənkarlıqda ittiham olunub.

Bildirilir ki, adı açıqlanmayan pilotlar martın 6-da keçirilən təlimdə iki “KF-16” tipli döyüş təyyarəsi ilə təlim zonasını tərk edib: "Onlar paytaxt Seuldan təxminən 40 kilometr şimalda yerləşən Poçeon bölgəsində bir ərazini bombalayıblar. Nəticədə əraziyə səkkiz bomba atılıb və 31 nəfər yaralanıb. Dərhal təlim ləğv olunub və martın 7-də ölkədə Hərbi Hava Qüvvələrinə məxsus demək olar ki, bütün təyyarələrin havaya qalxması qadağan edilib".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
2
mia.az

1Mənbələr