AZ

"Azərbaycan əleyhinə təbliğatın güclənməsinə imkan verməməliyik"- İlyas Hüseynov- ÖZƏL

Martın 13-də İsveçrənin Ermənistandakı səfirliyi qarşısındakı mitinqlə bağlı politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, öz mövqelərimizi daha da gücləndirməli və Azərbaycan əleyhinə təbliğatın güclənməsinə imkan verməməliyik:

"İsveçrə müasir beynəlxalq münasibətlər sistemində artıq uzun illərdir ki, neytral mövqeyini qorumağa çalışır və neytrallıq prinsipindən digər problemləri şərh edir, anlayır. Görünür, xüsusilə erməni lobbisinin təsiri ilə həm də İsveçrənin siyasi iradəsinə və mövqeyinə təsirini həyata keçirməyə çalışırlar. Artıq bir neçə müddətdir ki, İsveçrə parlamenti, ekspertləri ilə fəal iş həyata keçirilməkdədir. Əlbəttə bütün bu pozucu və destruktiv addımlar yolverilməzdir. Əsas məqsəd erməni lobbisi tərəfindən İsveçrənin siyasi iradəsinə təsir edərək Azərbaycan əleyhinə qətnamənin qəbul olunmasıdır. Digər tərəfdən Qarabağdan könüllü sürətdə gedən ermənilərin hüquqlarına diqqət çəkməkdir.  Nəzərə  almaq lazımdır ki, burada həqiqətlər təhrif olunur, çox səhv formada interpretasiya  edilir. Bu tamamilə yolverilməzdir. Hesab edirəm ki, Azərbaycan da İsveçrə tərəfinə öz mövqeyini qəti sürətdə bildirməlidir. Hər hansı nümayişlərlə, təzyiqlərlə siyasətdə hazırkı vəziyyətdə nəyəsə nail olmaq düzgün deyil. Biz əlbəttə öz mövqelərimizi daha da gücləndirməli və Azərbaycan əleyhinə təbliğatın güclənməsinə imkan verməməliyik".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr