Bakı. Trend:
5 mart 2025-ci ildə Bakı şəhərinin Nizami rayonu ərazisindəyerləşən SOCAR Neft Emalı Zavodunda baş vermiş yanğın hadisəsi iləbağlı aidiyyəti dövlət orqanları ilə birgə kompleks tədbirlərhəyata keçirilmişdir.
İlkin araşdırmalar zamanı müəyyən edilmişdir ki, SOCAR NeftEmalı Zavodunun 2 nömrəli istehsalat sahəsinin 21 nömrəli ilkinemal qurğusunun N-21/1 saylı nasos sisteminin iş planına uyğuntəmirə hazırlanması prosesində müvafiq təhlükəsizlik qaydalarınaəməl edilməmişdir. Belə ki, növbə qəbulu zamanı nasosda mazutaxınının davam etməsi barədə birbaşa xəbərdaredici yazılı məlumatverilməsinə baxmayaraq, 4-5 mart 2025-ci il tarixlərində olan növbəheyəti qurğunu təmirə tam hazır vəziyyətə gətirmədən və borununağır dizel fraksiyası ilə təmizlənərək boş olmasını təmin etmədəntəmir-bərpa qrupuna təhvil vermişdir.
Nəticədə nasos avadanlığı ümumi qurğudan təmir məqsədiləayrılarkən tezalışan mazut kütləsinin borudan təzyiq altındasızaraq, alovlanıb geniş ərazini əhatə edən yanğın yaratmasıinsanların həyat və sağlamlığına ciddi təhlükə doğurmuş, ilkin emalqurğusunun istismardan çıxarılmasına, ətrafda olankonstruksiyaların yanmasına və əlaqəli digər texniki qurğularınsıradan çıxmasına, habelə yanacaq materiallarının istehsalıprosesində fasilələr yaranmasına və maddi ziyan vurulmasına səbəbolmuşdur.
Bundan başqa, 8 mart 2025-ci il tarixində yanğının nəticələrininaradan qaldırılması və qurğunun təmirə hazırlanması prosesiçərçivəsində eyni növbə heyəti tərəfindən həmin ilkin emalqurğusunun borularında və qurğuda olan dizel məhsulununboşaldılması zamanı təhlükəsizlik qaydaları pozulmuş, ərazidəqaynaq işləri aparılmasına baxmayaraq, dizel məhsulu emalqurğusunun yerləşdiyi torpaq sahəsinə axıdılmış, bununla da təkraryanğın təhlükəsi yaranmış, müəssisədə iş prosesi pozulmuş və maddiziyan vurulmuşdur.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayətişi üzrə növbə heyəti rəhbəri, baş operator Qarayev Sadiq Hümbətoğlu saxlanılaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin223.2-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlikqaydalarının pozulması) maddəsi ilə cinayət məsuliyyətinə cəlbedilmişdir.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.