Avropa Parlamenti Bakıda saxlanılan ermənilərin hərbi əsir kimi tanınması və onların dərhal azad edilməsi tələbinin lehinə 464 səslə qətnamə qəbul edib.
Qətnamənin əleyhinə 115 deputat səs verib, 39 deputat isə bitərəf qalıb.
Qətnamədə heç bir dəlil-sübutsuz qeyd olunur ki, “saxta məhkəmələr dayandırılmalı, işgəncə və qeyri-insani rəftar” barədə xəbərlər dərhal və qərəzsiz araşdırılmalıdır.
Avropa Parlamenti Azərbaycandan beynəlxalq öhdəliklərinə əməl etməyi tələb edir.