Azərbaycan I Liqasında 18-ci turun oyunları keçirilir.
İkinci oyun günündə üç qarşılaşma baş tutub.
Operativ Media xəbər verir ki, günün ilk matçında "Difai" "Cəbrayıl"ın qonağı olub. Matç Ağsu təmsilçisinin 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmalarda isə "Zaqatala" "Qəbələ" ilə, "Qaradağ" isə "Karvan"la 1-1 hesablı heç-heçə edib.
Azərbaycan I Liqası
18-ci tur
13 mart
13:00 "Cəbrayıl" 0-4 "Difai"
15:00 "Zaqatala" 1-1 "Qəbələ"
15:00 "Qaradağ" 1-1 "Karvan"