AZ

Luiş Nani “Qarabağ”ın futbolçuları ilə görüşüb

Bakı, 13 mart, AZƏRTAC

Minifutbol üzrə dünya çempionatının püşkatma mərasimində iştirak üçün qonaq qismində Bakıya gələn Portuqaliyanın millisinin sabiq futbolçusu Luiş Nani “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev və yarımmüdafiəçisi Patrik Andrade ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ağdam klubunun futbolçuları sosial şəbəkə hesabında veteran yarımmüdafiəçi ilə olan fotolarını paylaşıblar.

Qeyd edək ki, Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyev ötən mövsüm Luiş Nani ilə Türkiyənin “Adana Dəmirspor” klubunda komanda yoldaşı olub.

Seçilən
6
9
azertag.az

10Mənbələr