Bakı. Trend:
Qlobal təhdidlərlə mübarizə aparmağın yeganə effektiv yolu –birgə qərarların qəbuludur.
Trend xəbərverir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində ÜmumdünyaSəhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesusbildirib.
O bildirib ki, ABŞ-nin ÜST-dən çıxması ilə bağlı təklif olunanqərar, əslində, səhv qərardır və bu həm ÜST-ə, həm də bütün dünyayazərər vuracaq.
“ABŞ beynəlxalq yardımda mühüm rol oynayır, inkişafa yardımaayrılan ümumi vəsaitlərin 30 faizini formalaşdırır. Bumaliyyələşmənin qəfil dayandırılması qlobal səviyyədə səhiyyə vəhumanitar layihələrə təsir göstərir.
Bunun bariz nümunəsi 50-dən çox ölkədə HİV müalicəsində meydanagələn əhəmiyyətli problemlərdir, belə ki, QİÇS-in müalicəsi üzrəproqramın maliyyələşməsinin dayandırılması HİV müayinəsi, müalicəsivə profilaktikası üzrə xidmətlərin çatdırılmasının dərhaldayandırılmasına gətirib çıxarıb”, - deyə o bildirib.
Qebreyesus, həmçinin, vərəmə qarşı mübarizə üçün dərmantəminatında ciddi problemlərin olduğunu və qızılca ilə məxmərəkdiaqnostikası üçün laboratoriya şəbəkələrinin dağıdılması riskininmövcudluğunu bildirib.
Onun fikrincə, bu, yerli xəstəlik ocaqları və ölüm hallarıehtimalını artırır.
O əlavə edib ki, ÜST maliyyələşməsinin azalması ilə əlaqədarhumanitar vəziyyətin pisləşməsi müşahidə olunur. Buna misal kimi,ÜST rəhbəri əhalinin ən həssas təbəqəsinin, məsələn, qaçqınlar vəxəstəlik və zorakılıqlardan əziyyət çəkən insanların tibbixidmətlərə əlçatanlılığının azalmasını göstərib.
"Əgər bu problemlər davam edərsə, biz bu il əlavə olaraq 15milyon malyariya hadisəsi və 107 min ölüm halları ilə üzləşəbilərik", – deyə ÜST-ün baş direktoru xəbərdarlıq edib.
O, ABŞ-nin qərarını yenidən nəzərdən keçirməyə və uzunmüddətlihəllər tapılana qədər maliyyələşdirməni davam etdirməyə çağırıb,həmçinin, digər tərəfdaş ölkələri həyati vacib tibbi xidmətlərinqorunması səylərini fəal şəkildə dəstəkləməyə səsləyib.
Qeyd edək ki, 12-ci Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.