AZ

Birinci Liqa: Liderlərdən xal itkisi, “Difai”dən 4 qol

Bu gün futbol üzrə Azərbaycan Birinci Liqasında 2024/2025-ci illər mövsümünün 18-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Cəbrayıl” “Difai” ilə ev oyununda dörd cavabsız qola üzülüb. “Qaradağ Lökbatan” – “Karvan” və “Zaqatala” – “Qəbələ” oyunlarında isə qalib müəyyənləşməyib. Hər iki oyunda tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

18-ci tura martın 14-də keçiriləcək “Mingəçevir” – MOİK oyunu ilə yekun vurulacaq.

Birinci Liqa
18-ci tur
12 mart

“Baku Sportinq” – “İmişli” 2:2
Qollar: Elmin Əskərli, 16. Luka Stevanoviç, 90+5 – Seyxan Fərəcov, 13-pen; 83-pen.
Hakimlər: Kamranbəy Rəhimov, Aydın Bəxşiyev, Vüqar Bayramov, Şamil İmanzadə.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Binə qəsəbə stadionu, 15:00.

13 mart

“Cəbrayıl” – “Difai” 0:4
Qollar: Kristian Kamta, 26-pen. Muhammed Alfa, 37. Xəyyam Məmmədli, 60. Emil Quluzadə, 86.
Hakimlər: Alik Yunusov, Rəhman Aslanov, Nurlan Əhmədzadə, Rasim Musayev.
Hakim-inspektor: Gülağa Cabbarov.
AFFA nümayəndəsi: Elman Musayev.
“Bayıl Arena”, 13:00.

“Qaradağ Lökbatan” – “Karvan” 1:1
Qollar: Şahin Balejai, 37 – Ezekiel Moqran, 53.
Hakimlər: Elvin Bayramov, Anar Bədəlov, Gülnurə Əkbərzadə, Rövşən Rəcəbov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Zaqatala” – “Qəbələ” 1:1
Qollar: Jan Pol Assumu, 54 – Murad Musayev, 16.
Hakimlər: Nicat İsmayıllı, Rasim Axundov, Asif Abdullayev, Səbuhi Bayramov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Zaqatala Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

14 mart

“Mingəçevir” – MOİK
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Sənan Atayev, Nəriman Ağayev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 15:00.

Seçilən
8
2
arena.az

4Mənbələr