Ötən günlərdə braziliyalı futbolçu Neymarın "Qalatasaray"a transfer ola biləcəyi iddia olunmuşdu.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar"ın sabiq futbolçusu Sergen Yalçın bu məsələyə münasibət bildirib. Yutub kanalında çıxış edən S. Yalçın 32 yaşlı oyunçunun faydalı olmayacağını düşünür: "Almayın. Düşünürəm ki, onun futbol həyatı bitib və pulunu qazanıb. Mən "Qalatasaray"dan danışmıram, şəxsi fikrimi deyirəm, almayın.

O, Türkiyə klublarının böyük pullar ödəməməli olduğunu düşünür:

"Belə oyunçuları almayın, ayıbdır! Türkiyə futbolu üçün ayıbdır. Ən azı 20-25 milyon maaş verib, 3-4 illik müqavilə bağlayacaqsınız".