AZ

İnsan bədənində məşq etmədən arıqlamağa kömək edən zülal nədir?

Ohayo Universitetinin alimləri müəyyən ediblər ki, orqanizmdə APOA4 zülalının səviyyəsinin artırılması pəhriz və ya idmana ehtiyac olmadan yağ hüceyrələrinin ölçüsünü azaldır və arıqlamağa kömək edir.

Editor.az xəbər verir ki, araşdırmanın nəticələri “Obesity” jurnalında dərc olunub.

APOA4 (apoprotein A4) pəhriz yağlarına cavab olaraq nazik bağırsaqda istehsal olunan bir proteindir. İştahın idarə olunmasında və kalorilərin yandırılmasında mühüm rol oynasa da, yağlı qidaları müntəzəm olaraq çox qəbul edən insanlarda aktivliyi əhəmiyyətli dərəcədə azalır.

Təcrübədə alimlər APOA4-ü kök siçanların bədənlərinə inyeksiya yolu ilə tətbiq ediblər. Bu müalicə daha çox çəki artımının qarşısını alır, gəmiricilərin bədən yağ səviyyəsini azaldır və yağ hüceyrələrinin ölçüsünü minimuma endirir. Tədqiqatçıların təcrübəsinə görə, maddələr mübadiləsinə və çəkiyə müsbət təsirlər pəhriz və ya fiziki fəaliyyətdə dəyişiklik olmadan baş verib.

Alimlər həmçinin müəyyən ediblər ki, APOA4-ün orqanizmə daxil edilməsi qaraciyərdə yağ yığılmasının qarşısını alır, qlükoza həssaslığını artırır və yağ turşularının oksidləşməsini normallaşdırır.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
editor.az

1Mənbələr