"Bavariya" futbolçusu Coşua Kimmixlə müqaviləni uzadıb.
QOL.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Münhen təmsilçisi 30 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Xatırladaq ki, daha əvvəl Kimmixin PSJ-yə keçmək variantını düşündüyü haqda məlumatlar yayılmışdı.
Futbolçu Almaniya Bundesliqasının cari mövsümündə 23 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə verib.