"Bavariya" Yozua Kimmixlə yeni müqavilə imzalayıb.
Offsideplus.az klubun saytına istinadən xəbər verir ki, Münhen klubu 29 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər sözləşmə uzadıb.
Kimmixlə bir çox klub maraqlanmağına baxmayaraq o klubunda qalmağa qərar verib.
Xatırladaq ki, təcrübəli futbolçu 2015-ci ildən bəri "Bavariya"da çıxış edir. O, Almaniya nəhənginin heyətində ümumilikdə 438 oyuna çıxıb.