AZ

“30 günlük barışıq Rusiyaya heç nə qazandırmır”

“Ukrayna münaqişəsində təklif edilən 30 günlük atəşkəs Rusiyaya heç nə qazandırmır”.

Gundem.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin köməkçisi Yuriy Uşakov deyib.

“30 günlük müvəqqəti barışıq. Bu nə qazandırır? O, bizə heç nə vermir. Atəşkəs yalnızca ukraynalılara yenidən qruplaşmaq, güc toplamaq və gələcəkdə eyni şeyi davam etdirmək imkanı verir”, - deyə Uşakov qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna və ABŞ nümayəndə heyətləri arasında görüş olub. Danışıqlardan sonra Kiyev Vaşinqtonun 30 günlük atəşkəs təklifini qəbul etməyə hazır olduğunu bildirib. Rusiya isə hələ sözügedən məsələyə cavab verməyib.

Seçilən
10
2
gundem.az

3Mənbələr