AZ

Tramp Avropadan idxal edilən spirtli içkilərə 200 faiz vergi tətbiq edəcəyini açıqlayıb

Nyu-York, 13 mart, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Avropadan idxal edilən spirtli içkilərə 200 faiz vergi tətbiq edəcəyini açıqlayıb.

AZƏRTAC-ın məlumatına görə, bu addımı o, Aİ-nın ABŞ-nin spirtli içki məhsullarına 50 faiz rüsum tətbiq edəcəyinə dair açıqlamasından sonra atıb.

“Aİ dünyanın ən ədavətli, pisniyyətli vergi və tarif qurumlarından biridir. ABŞ-dan istifadə etmək məqsədilə yaradılmış Avropa İttifaqı viskiyə 50 faiz rüsum tətbiq etdi. Bu tarif dərhal ləğv edilməzsə, ABŞ tezliklə Fransa və digər Aİ ölkələrindən idxal edilən alkoqollu məhsullara 200 faiz tarif tətbiq edəcək”, - deyə Tramp bildirib.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Seçilən
3
azertag.az

1Mənbələr