AZ

Azərbaycan nəinki inkişaf etmiş ölkəyə, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib - ICESCO-nun sabiq baş direktoru (ÖZƏL)

Bakı. Trend:

Azərbaycan nəinki inkişaf etmiş ölkəyə, həm də beynəlxalq aləmdənüfuzlu dövlətə çevrilib.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaICESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycrideyib.

O, forumda olmaqdan çox şad olduğunu və əvvəlki forumlarınhamısında iştirak etdiyini bildirib:

"27 il ICESCO-nun baş direktoru vəzifəsini icra etmişəm.Azərbaycana ilk dəfə 2006-cı ildə gəlmişəm. O vaxtdan burayagəlib-gedirəm. Burada dövlət rəsmiləri ilə görüşlərimiz olub.

Azərbaycanın bu foruma ev sahibliyi etməsi onun bir daha dünyadaartan nüfuzundan xəbər verir. Azərbaycan nəinki inkişaf etmişölkəyə, həm də beynəlxalq aləmdə nüfuzlu dövlətə çevrilib. Buradaolmağımla həmişə fəxr edirəm və xoşbəxtəm".

"Bu forum əvvəlki forumların davamı olaraq dünyanın müxtəlifyerlərindən gələn mütəfəkkirlər arasında dialoqların qurulmasındamühüm rola malikdir. Bu forum ətraf mühit, iqlim dəyişikliyi, kəndtəsərrüfatı, sənaye, texnologiya və həmçinin, insanların ölümünəsəbəb olan və bir çox yerlərdə gedən dağıdıcı müharibələri həlletmək üçün ideal fürsət təqdim edir", - deyə sabiq baş direktorvurğulayıb.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Seçilən
55
50
az.trend.az

10Mənbələr