AZ

İsrail MN rəhbəri Suriya prezidentini hədələdi: "Başının üzərində təyyarələrimizi tez-tez görəcək"

"Suriya prezidenti İsrail təyyarələrinin onun üzərində dövrə vurduğunu tez-tez görəcək".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu təhdid xarakterli sözləri İsrailin müdafiə naziri Yisrael Katz bu gün Suriyanın paytaxtına vurulan zərbələrlə bağlı açıqlamasında deyib.

O, Suriyada terror qruplarının yuvalanmasına əsla imkan verməyəcəklərini açıqlayıb: "Bundan sonra İsrail təyyarələri Suriyada tez-tez görünəcək. Şara terrorçu hədəflərə hücum etdiyimizə tez-tez şahidlik edəcək. Suriyanın İsrail üçün təhlükə olmasına qətiyyən imkan verməyəcəyik".

Firudin Səfərli

MİA.AZ

Seçilən
11
1
mia.az

2Mənbələr