AZ

Gələcək üçün BMT paktının uğuru onun icrasından asılıdır - Qay Rayder

Bakı. Trend:

Gələcək üçün BMT paktı ilə bağlı razılığın əldə edilməsiözlüyündə indiki geosiyasi şəraitdə mühüm uğur idi, lakin onun tamhəyata keçirilməsi ilə real nəticələr əldə olunacaq.

Trend xəbərverir ki, bunu bu gün XII Qlobal Bakı Forumu çərçivəsində "Gələcəküçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması" mövzusundakeçirilən panel iclasına videomüraciətində BMT baş katibinin siyasiməsələlər üzrə müavini Qay Rayder deyib.

"Biz irəli getməliyik və bütün səviyyələrdə açılmış imkanlardanistifadə etməliyik. Pakt 21-ci əsrdə qlobal idarəçiliyigücləndirmək məqsədi daşıyır ki, beynəlxalq institutlar dəyişmişdünyada səmərəli fəaliyyət göstərə bilsinlər. O, 1963-cü ildən bəriilk dəfə olaraq Afrikaya qarşı tarixi ədalətsizliklərindüzəldilməsi prinsipini təsbit edən BMT Təhlükəsizlik Şurasınınislahatı və Şuranın daha təmsilçi olması zərurəti kimi mühümmüddəaları ehtiva edir", - o bildirib.

Onun sözlərinə görə, sənəddə inkişaf etməkdə olan ölkələrinmaraqları nəzərə alınmaqla qlobal maliyyə arxitekturasınadəyişikliklər də nəzərdə tutulub. Buraya qabaqcıl texnologiyalara,o cümlədən süni intellektə ədalətli çıxışı təmin edəcək qlobalrəqəmsal pakt daxildir və ilk dəfə olaraq inkişaf etməkdə olanölkələri rəqəmsal sahənin tənzimlənməsi prosesinə cəlb edir. Pakthəmçinin ilk dəfə olaraq dövlətlərin gələcək nəsillər üçün qəbuledilən qərarların uzunmüddətli nəticələrini nəzərə almaqöhdəliklərini müəyyən edir.

"BMT-nin Baş Katibi üzv dövlətlərdən əsas beynəlxalq proseslərvasitəsilə islahatları irəlilətmək üçün paktın yaratdığı impulsüzərində dayanmağa davam edəcəklərini gözləyir. Xüsusilə, 2025-ciilin iyununda İspaniyada baş tutacaq İnkişaf üçün Maliyyələşdirməüzrə IV Konfrans beynəlxalq maliyyə sisteminin modernləşdirilməsiüçün imkanlar yaradacaq. 2025-ci ilin noyabrında Qətərdəkeçiriləcək Sosial İnkişaf üzrə İkinci Dünya Sammiti regionaltəşəbbüslərin müzakirəsi üçün mühüm platforma olacaq. Bundan əlavə,pakt beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi, insanhüquqlarının və davamlı inkişafın qorunması üçün BMT ilə Afrikaİttifaqı, Avropa İttifaqı və digər regional təşkilatlar arasındaəməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur", - o bildirib.

Qay Rayder qeyd edib ki, paktın uğurla həyata keçirilməsi üçüngeniş spektrli maraqlı tərəflərin, o cümlədən vətəndaş cəmiyyəti,özəl sektor, yerli hakimiyyət orqanları, milli parlamentlər, elmiictimaiyyət və başqalarının iştirakı lazımdır.

"Mən sizi paktdakı öhdəlikləri araşdırmağa, ölkəniz üçün ənuyğun olanları müəyyənləşdirməyə və onların real fərq yaratmaq üçüntərəfdaşlıq qurmağa dəvət edirəm", - o əlavə edib.

Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərindəkeçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətəçevrilməsi” şüarı altında təşkil olunub.

Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfliyanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regionalsabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirəolunacaq.

Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir arayagətirəcək. Onların sırasında 25-dən çox sabiq prezident, 15-dən çoxkeçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yeralacaq.

Məqalədə:
Seçilən
15
3
az.trend.az

4Mənbələr