Rusiya, Çin və İranın hərbi gəmiləri sonuncuya məxsus " Çabahar limanı " yaxınlığındakı sularda " Təhlükəsizlik əlaqəsi - 2025 " adı altında təlimlər keçirir. Təlimlərin məqsədi olaraq 3 dövlət arasında hərbi əməkdaşlığın genişləndirilməsi göstərilsədə şübhəsiz ki, burdakı əsas məqsəd İrana dəstək nümayişidir. ABŞ İranın nüvə məsələsi ilə bağlı danışıqlara başlamaq niyyətindədir. Vaşinqtonun əsas məqsədi Tehrana öz tələblərini qəbul etdirməkdir. Ancaq İran rəhbərliyinin danışıqlara başlamaq üçün konkret tələbi var. İlk növbədə İran üzərinə qoyulmuş sanksiyalar götürülməlidir. İkinci bir məsələ isə İranın neft bazarına daxil olmasına şərait yaradılmasıdır. Ancaq Tramp admistirasiyası bunları əlində bazarlıq vasitəsi kimi saxlamaq niyyətindədir. İran daxilində isə ABŞ ilə aparılacaq danışıqlardan məsuliyyəti öz üzərindən atmaq üçün müxtəlif qruplar arasında mübarizə edir. İran prezidenti Məsud Pezeşkian dialoqa hazır olduğunu, lakin ali dini lider Ayətullah Əli Xameneinin buna razılıq vermədiyini bildirməsindən sonra Donald Trampın Xameneiyəyə məktub göndərərək dialoq təklif etməsinin əsas səbəbi də məhz bu amildir. Ağ ev rəhbəri hələ ki, İranla müzakirə qapılarının açıq olduğunu bildirir. Ancaq hərbi əməliyyatların keçirilməsi variantı da masadadır. İran bu riski minimuma endirmək üçün Rusiya və Çinlə hərbi əməkdaşlığı gücləndirir. İranın mühafizəkar dairələri ABŞ ilə danışıqlara razı deyil və ali lider Xamenei prezident Pezeşkian dialoqu qadağan edib. Təbii ki, əsas məsələ İrana dəstək deyil. Rusiya və Çinin bu məsələdə hər birinin öz maraqları var. Səudiyyə Ərəbistanı da Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsi başlayır. Rusiya Ukraynada istədiyini almaq üçün İran məsələsində ABŞ ilə bazarlıq edə bilər. Rəsmi Moskvanın ABŞ - İran danışıqlarında vasitəçilik etməsinin əsl səbəbi də budur. Çin isə bu təlimlərdə iştirak edərək həm özünə qarşı yönəlmiş ABŞ təzyiqlərinə cavab vermək, həm Hindistana əzələ nümayiş etdirmək niyyətindədir. Məsələ burasındadır ki, hərbi təlimlərin keçirildiyi Çabahar limanı Hindistan tərəfindən icarəyə götürülüb. Hindistan və Çin arasında münasibətlər son zamanlar gərginlik hökm sürür. Hindistanın aktiv iştirak etdiyi Şimal - Cənub nəqliyyat dəhlizi Çinin " Bir kəmər - bir yol " lahiyyəsinə alternativdir. Buna görə də Pekin bunun Dehliyə mane olmaq istəyir. Bu hərbi təlimlər onun üçün bu mənada göydəndüşmə olub. Ancaq bu kimi təlimlər İranı ABŞ qarşısında xilas etməyəcək. Tehranın özündə də yaxşı bilirlər ki, nə Rusiya, nə də Çin İrana görə ABŞ ilə vuruşmayacaq.
Zeynal Əmrəliyev, politoloq