AZ

“Apple” bir milyarddan çox “iPhone” istifadəçisini iOS-u dərhal yeniləməyə çağırdı


“Apple” şirkəti dünya üzrə 1,4 milyard “iPhone” istifadəçisini ən son iOS 18.3.2 əməliyyat sistemi yeniləməsini dərhal quraşdırmağa çağırıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Bu cür təxirəsalınmaz tədbirlərin səbəbi, şirkətin fikrincə, son dərəcə mürəkkəb hücumlar üçün istifadə edilən kritik bir təhlükəsizlik zəifliyinin aşkar edilməsi olub. 
Yeniləmə “Apple” istifadəçilərini CVE-2025-24201 olaraq təyin edilmiş zəiflikdən qorumaq üçün nəzərdə tutulub. Problem “Safari”nin iOS versiyasında istifadə edilən brauzer mühərriki “WebKit”də müəyyən edilib.
Təcavüzkarlar bu boşluqdan zərərli vebsaytlar yaratmaq üçün “açıq qapı” kimi istifadə edirlər. Belə səhifələrə daxil olmaq hakerlərə qurbanın brauzerindən kənarda smartfonun digər sahələrinə də daxil ola bilər.
Seçilən
15
yeniavaz.com

1Mənbələr