AZ

Filippinin keçmiş prezidenti Haaqadakı istintaq təcridxanasına köçürülüb

Filippinin keçmiş prezidenti Rodriqo Duterte həbs olunmaq üçün Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) həbsxana kompleksinə aparılıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb və qeyd edib ki, siyasətçi həbs olunmazdan əvvəl bütün lazımi tibbi prosedurlardan keçib.

“Cənab Duterte tibbi müayinələr başa çatdıqdan sonra bu gün saxlama müəssisəsinə köçürülüb”, – BCM-dən bildiriblər.

Martın 12-də Duterte Beynəlxalq Cinayət Məhkəməsinin nəzarətinə verilib.

Qeyd edək ki, martın 11-də Duterte Honq Konq səfərindən qayıtdıqdan sonra Filippinin paytaxtı Manilanın hava limanında nəzarətə götürülüb. O, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində həyata keçirilən məhkəməsiz kütləvi qətllərlə bağlı insanlığa qarşı cinayətlərdə ittiham olunur.

Seçilən
5
nocomment.az

1Mənbələr