Böyük Britaniya, Fransa və Almaniyanın səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıblar.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib.
Məlumata görə, buna səbəb üç ölkənin ABŞ ilə Təhlükəsizlik Şurasının (TŞ) mexanizmindən istifadə edərək, İranın "sülhməramlı" adlandırdığı nüvə proqramı ilə bağlı qapalı iclas keçirməsinə etirazı olub.
Görüşdə səfirlərə bildirilib ki, İranın nüvə fəaliyyətləri "Birgə Hərtərəfli Fəaliyyət Planı" ilə ziddiyyət təşkil etmir və Tehranın nüvə proqramı ilə bağlı TŞ-nin qapalı iclasının keçirilməsi heç bir hüquqi əsasa malik deyil. İran XİN iddia edib ki, üç Avropa ölkəsinin ABŞ-nin BMT Təhlükəsizlik Şurasının iclasının keçirilməsi ilə bağlı əsassız istəyinə əməl etməsi TŞ-nin 2231 saylı qətnaməsini pozmağa bərabərdir.
Mənbə: oxu.az