AZ

BMT: Dünyada münaqişələrin və qütbləşmənin artması beynəlxalq səviyyədə birliyin olmasını tələb edir

Dünyada münaqişələrin və qütbləşmənin artması beynəlxalq səviyyədə birliyin olmasını tələb edir.

"Report" xəbər verir ki, bunu BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayder XII Qlobal Bakı Forumunun iştirakçılarına videomüraciətində deyib.

Onun sözlərinə görə, hazırda dünyaya çoxtərəflilik lazımdır:

"Söhbət cəmiyyətin bütün tərəflərini və şəbəkələşməni özündə əhatə edən çoxtərəflilikdən gedir. BMT Baş katibi bu mənada bütün üzvlərini bu tendensiyanın aparılmasına dəvət edir. Dəyişiklik bir gündə baş vermir. BMT sistemi üzv dövlətlərə prosesdə dəstək verməyə hazırdır".

Seçilən
7
far.az

1Mənbələr