AZ

Sadəcə Naxçıvan tenderlərini udan İmişli qeydiyyatlı şirkət

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti yeni satınalma müqaviləsi imzalayıb.

Valyuta.Az xəbər verir ki, qaz tikinti materiallarının ( lampalar, vanalar, nasoslar, filtrlər və s.) alınması ilə bağlı elan edilən tenderin qalibi "FC Group" MMC (VÖEN 5501386281) olub. Və tərəflər arasında 735.970,96 AZN dəyərində müqavilə imzalanıb.

Qeyd edək ki, tərəflər arasında da əvvəllər də dəfələrlə müxtəlif məqsədli satınalma müqavilələri imzalanıb. Dövlət satın almaların vahid internet portalındakı məlumatlara istinadən, tərəflər arasında ümumi dəyəri 2 milyon manatdan çox olan 7 satınalma müqaviləsi imzalanıb. 

Həmin müqavilələri təqdim edirik:

- 27 iyul 2023-cü il 13.810,13 AZN

- 10 avqust 2023-cü il tarixində 608.502,4 AZN

- 28 sentyabr 2023-cü il tarixində 10.417,87 AZN

- 01 fevral 2024-cü il tarixində 311.331,2 AZN

- 22 avqust 2024-cü il tarixində 29.736 AZN

- 27 yanvar 2025-cü il tarixində 449.344 AZN

- 12 mart 2025-ci il tarixində 735.970,96 AZN

Digər maraqlı məqam odur ki, "FC Group" MMC sadəcə Naxçıvan MR-də elan edilən tenderlərdə qalib gəlib. 

 "FC Group" MMC 

- 6 sentyabr 2023-cü ildə Naxçıvan MR-nin Dövlət Energetika Xidməti ilə 280.250 AZN,

- 15 noyabr 2023-cü ildə Naxçıvan MR Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Material Texniki Təchizat və Nəqliyyat İdarəsi ilə 19.742,58 AZN, 

- 7 oktyabr 2024-cü ildə Naxçıvan MR-nin Dövlət Energetika Xidməti ilə isə 543.390 AZN dəyərində müqavilələr imzalayıb.

İqtisadiyyat Nazirliyin Dövlət Vergi Xidmətinə istinadən "FC Group" MMC 21 yanvar 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Əmirov Səbran Böyükağa oğludur. Şirkət, AZ3000, İmişli Rayonu, Cəfərli, ev.0 m.0 ünvanına qeydiyyatdadır. 

Şirkətin rəsmi saytında isə MMC-nin 2017-ci ildən Azərbaycanda fəaliyyət göstərdiyi qeyd olunub. 

Seçilən
9
valyuta.az

1Mənbələr