AZ

“Rusiya atəşkəs təklifləri ilə razıdır” – Putin


Rusiya Prezidenti Vladimir Putin müharibənin dayandırılması təklifi ilə razılaşdığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə o, Belarus Prezidenti Aleksandr Lukaşenko ilə birgə mətbuat konfransında bildirib.
Ölkə başçısı qeyd edib ki, lakin bu, uzunmüddətli sülhə gətirib çıxarmalıdır.
“Biz hərbi əməliyyatların dayandırılması təklifi ilə razıyıq. Lakin biz bu dayandırmanın uzunmüddətli sülhə gətirib çıxarmalı və böhranın əsas səbəblərini aradan qaldırmalı olduğundan çıxış edirik”, - Putin ABŞ-nin atəşkəs təklifini necə dəyərləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.
“Biz atəşkəsin tərəfdarıyıq, lakin nüanslar var. Kursk vilayətində qalan Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin aqibəti necə olacaq? Onları sadəcə buraxmalıyıq? Təmas xəttində vəziyyət necə inkişaf edəcək - 2000 kilometr, biz demək olar ki, hər yerdə irəliləyirik. Mümkün atəşkəsi harada və kimin pozduğunu kim müəyyənləşdirəcək? Bu 30 gün ərzində Ukrayna silah almağa davam edəcəkmi və məcburi səfərbərlik davam edəcəkmi? Doğrulama məsələlərini necə həll edəcəklər, necə təminat verəcəklər ki, belə bir şey olmayacaq?”
Putinin sözlərinə görə, bütün bu məsələlər, o cümlədən, ABŞ Prezidenti Donald Trampla müzakirə tələb edir:
Seçilən
4
18
yeniavaz.com

10Mənbələr