AZ

​“WhatsApp” mesaj pəncərəsinə təqvim əlavə etdi -

“WhatsApp” arxiv mesajları daha tez tapmaq üçün yeni funksiya üzərində işləyir. Metbuat.az xəbər verir ki, bu funksiya keçmiş mesajları veb tətbiqində tarixə əsasən axtarmağı asanlaşdırmaq məqsədi daşıyır. Tarixə əsaslanan mesaj axtarışı funksiyası istifadəçilərə itmiş və ya unudulmuş mesajları tez tapmağa kömək edəcək. Bu, keçmiş söhbətləri nəzərdən keçirmək və ya müəyyən bir tarixdə paylaşılan vacib məlumatları tapmaq istəyən istifadəçilər üçün xüsusilə faydalı olacaq. Tarixə əsaslanan mesaj axtarışı funksiyası iOS platforması üçün beta versiyasında mövcuddur.

Yeni funksiyadan istifadə etmək üçün söhbət siyahısında istənilən söhbəti açmaq lazımdır. Ardınca söhbət panelinin yuxarı sağ küncündəki təqvim işarəsinə klikləyərək, açılan paneldə axtarış etmək üçün tarixi seçmək lazımdır. Axtarış nəticələri seçilmiş tarixdə paylaşılan mesajları göstərəcək.

Seçilən
21
1
metbuat.az

2Mənbələr